Ana səhifə / Kriminal / Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verdi

Rusiya azərbaycanlının qatili Arman Arakelyanı Ermənistana təhvil verdi

Rusiyada azərbaycanlının qətlinə görə azadlıqdan məhrum edilmiş Arman Arakelyan dünən Ermənistana təhvil verilib.

“Report”un məlumatına görə, bu barədə “News.am”a onun vəkili Artur Daşyan bildirib.

O, qeyd edib ki, bununla bağlı işlər uzun müddətdir görülürdü. Arman Arakelyanın ekstradisiyası koronavirus məhdudiyyətləri, ikinci Qarabağ müharibəsi və digər səbəblərə görə təxirə salınıb. Qatil cəzasının qalan hissəsini vətənində çəkəcək.

Cinayətkar cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumun oğlu və qohumları onun ekstradisiyası tələbi ilə Ermənistanın hökumət binası qarşısında aksiya keçiriblər.

Həmçinin oxuyun

Keçmiş nazir Nazim İbrahimovun qardaşı həbs olundu

Bakı şəhəri Xətai rayon məhkəməsinin «STS» şirkəti, «Sahil-D Kompani» MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər …