Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Rusiya Azərbaycana qaz nəqlini artırır?

Rusiya Azərbaycana qaz nəqlini artırır?

Avqustun 21-də Sankt-Peterburq şəhərində Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Virtualaz.org “Qazprom”a istinadən bildirir ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Danışıqların başqa təfərrüatları açıqlanmır. Bu da tamamilə gözləniləndir. Çünki A.Millerlə R.Abdullaevanın 2017-ci ilin iyulunda keçirilən əvvəlki görüşü də qapalı olmuşdu.

Daha əvvəl isə Rusiya KİV-i bildirirdi ki, SOCAR və “Qazprom” ildə Azərbaycana çatdırılan qazın həcminin 3-5 milyard kubmetrə qədər artırılması haqda danışıqlar aparır. Ancaq sonra SOCAR bu informasiyanı təkzib etdi. Ümumiyyətlə SOCAR-da Rusiya qazının Azərbaycana çatdırılması ilə bağlı bəyanatlarda çox ehtiyatlı davranırlar.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın