Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Röya Ayxanın keçmiş şəriki, tanınmış dizayner azadlığa çıxdı

Röya Ayxanın keçmiş şəriki, tanınmış dizayner azadlığa çıxdı

Röya Ayxanın keçmiş şəriki hakim qarşısına çıxarılıb. O, məhkəmənin çağırışlarına məhəl qoymadığız üçün barəsində axtarış elan edilmişdi.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Barsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və azadlığa buraxılıb.

İttihamda yazılır ki, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Barəsində həbs qətimkan tədbiri seçilməyən və ev dustaqlığında olan S.Hüseynova məhkəməsi davam edən ərəfədə prosesə gəlməmişdi.

Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Elə bu prosesdən sonra S.Hüseynova məhkəməyə gəlməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarmışdı.

Qeyd edək ki, R.Ayxanla birgə işləmiş tanınmış dizayner Samirə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.

S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan mətbuata açıqlamasında onunla iş birliyinə son qoyduğunu deyib.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …