Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Rövşən Lənkəranski”ni Telman İsmayılov öldütdürüb?- AÇIQLAMA

“Rövşən Lənkəranski”ni Telman İsmayılov öldütdürüb?- AÇIQLAMA

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov eks-tərəfdaşlarının “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) İstanbulda qətlində iştirakı xəbərlərini təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə biznesmenin vəkili Marina Rusakova “TASS” agentliyinə açıqlama verib:

“Müvəkkilim KİV-də İstanbulda Rövşən Caniyevin qətlində keçmiş tərəfdaşlarının iştirakı haqda açıqlama verməsi ilə bağlı yazılan xəbərləri rədd edir. İsmayılov ailə üzvləri haqda qanunsuz təhqiqatlar aparılmasından narahatdır”.

İddialara görə, Telman İsmayılov qardaşı vasitəsilə “Lotu Quli”yə Rövşən Canıyevin harda olması ilə bağlı son informasiyanı ötürüb. Məhz bu məlumatın sayəsində Canıyev İstanbulda güllələnib.

Qeyd edək ki, bir il əvvəl Moskva məhkəməsi qiyabi olaraq Telman İsmayılovu həbs edib. O, “İki və daha artıq insanın qətlində” günahlandırılır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …