Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Kriminal / Rövşən Əkbərovun cinayət işi məhkəməyə göndərilib

Rövşən Əkbərovun cinayət işi məhkəməyə göndərilib

Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, əvvəllər xəbər verildiyi kimi, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Xanım jurnalist üzləşdiyi təxribatın həll edilməsi ilə bağlı nazir Vilayət Eyvazova təşəkkür etdi

Jurnalist, Azeronline.tv saytının baş redaktoru Elmira Hümbətova daxili işlər naziri Vilayət Eyvazova xüsusi təşəkkürünü çatdırıb: …