Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Rövnəq Abdullayev: “Neft ucuzlaşdı deyə bəzi çətinliklər yaranıb”

Rövnəq Abdullayev: “Neft ucuzlaşdı deyə bəzi çətinliklər yaranıb”

“Dünya bazarında neftin ucuzlaşması səbəbindən SOCAR bəzi layihələrin icrasında çətinliklər yaranıb. Lakin mühüm layihələrin icrası davam edir və davam etdiriləcək”.

Bunu bu gün Bakı Ali Neft Məktəbində ali təhsil ocağına qəbul olmuş tələbələrlə görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidenti deyib ki, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir: “Neftin qiymətinin enməsinə baxmayaraq biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir”.

R.Abdullayev qeyd edib ki, böyük ehtimalla, bu ilin sonunadək adıçəkilən ali məktəbin inşası yekunlaşacaq.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın