Ana səhifə / Kriminal / Rövnəq Abdullayev Kaxa Kaladze ilə görüşdü

Rövnəq Abdullayev Kaxa Kaladze ilə görüşdü

Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər müzakirə edilib.
Bu gün Gürcüstan Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) olub.
Məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər. Moderator.az

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın