Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Robert Köçəryan yenidən həbs oluna bilər

Robert Köçəryan yenidən həbs oluna bilər

Bu gün Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması ilə bağlı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan Kassasiya Məhkəməsinə şikayət verəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan baş prokurorunun məsləhətçisi Qor Abramyan deyib.

Onun sözlərinə görə, Baş Prokurorluğun kassasiya şikayəti təmin edilərsə, Robert Köçəryan yenidən həbs olunacaq.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. İttihamla əlaqədar sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, Köçəryanla bağlı Yerevan Şəhər Məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib.

Bu arada Xüsusi İstintaq Xidmətinə istinadən Robert Köçəryanın ofisində və iqamətgahında axtarış aparıldığı barədə məlumat yayılıb. İstintaqın maraqları baxımından axtarışın nə vaxt, nə məqsədlə aparıldığı və nələrin aşkarlandığı barədə məlumat verilmir. Yalnız o bildirilir ki, axtarış bir neçə gün əvvəl aparılıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …