Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var – Video

Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var – Video

Rusiyada “Elley” ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib.  O, idarə etdiyi “Infiniti” markalı avtomobillə “Mercedes”lə toqquşub və səkiyə çırpılıb. 

Qəza nəticəsində üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. 

E. Quliyev hadisə barədə 360 kanalına açıqlama verib.  26 yaşlı ifaçı qırmızı işıqdan keçdiyini etiraf edib. 

Eyni zamanda, repçi alkoqol və narkotiklə bağlı analiz verib, qanı təmiz çıxıb. 

REN TV-nin məlumatına görə, “Elley” son illərdə üç dəfə qəza törədib. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …