Çərşənbə , Noyabr 20 2019
Ana səhifə / Kriminal / “Rauf Sultanova və ya Penitensiar Xidmətin hər hansı bir əməkdaşına pul verməmişəm”

“Rauf Sultanova və ya Penitensiar Xidmətin hər hansı bir əməkdaşına pul verməmişəm”

Bəzi KİV-lərdə Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinə müəmmalı şəkildə külli miqdarda pul keçirilməsi ilə bağlı ciddi ittihamlar yer alıb. Həmin məlumat başqa elektron KİV-lərə istinadən Azinforum.az İnformasiya Portalında da yayılıb. Sözügedən məlumatlarda iddia olunur ki, hazırda həyat yoldaşı həbsdə olan Dilarə Əbdüləziz adlı şəxs 27 min manat pulu 17 saylı cəzçəkmə müəsissəsində saxlanılan və özünü jurnalist kimi təqdim edən Rauf Sultanov adlı məhkuma verib. Qeyd edilir ki, həmin pulun müqabilində Rauf üçüncü şəxsin köməkliyi ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Əziz Əbdüləzizin azadlığa buraxılmasına kömək edəcəkmiş. Yazılarda məhkuma pul verdiyi iddia edilən Dilarə Əbdüləziz Azinforum.az saytı ilə əlaqə saxlayıb, mövzu ilə bağlı qarşı tərəf kimi onun da mövqeyinə yer verməyimizi tələb edib. Qeyd edək ki, biz həmin məlumatlar yayılanda Dilarə xanımla əlaqə saxlayıb mövzuya münasibət bildirməsini istəmişdik, ancaq o, bundan imtina etmişdi. KİV haqqında qanunun tələblərini rəhbər tutaraq, Dilarə Əbdüləzizlə aramızda olan söhbəti onun qarşı tərəf kimi mövqeyi olaraq təqdim edirik:

-Dilarə xanım, 17 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən Rauf Sultanov adlı məhkumun sizdən 27 min manat pul alması ilə bağlı səslənən iddialara münasibətiniz necədi? Həmin adda admı tanıyırsınızmı?

-Bəli, onu tanıyıram, ancaq telefon əlaqəm olub. Heç vaxt onunla üzbəüz görüşməmişəm. Rauf Sultanov mənim həyat yoldaşımla istinaq təcridxanasında bir kamerada saxlanılıb. Orada həyat yoldaşıma özünü jurnalist kimi təqdim edib. Ona bildirib ki, günahı olmadığı üçün, həyat yoldaşımın məsələsinin ictimailəşməsinə ehtiyac var və bu işdə ona köməklik edə bilər.

-Sonra Rauf sizə zəng etməyə başladı. Nə vəd edirdi sizə?

-Bəli , o mənə zəng etdi və belə bir köməyi edə biləcəyini bildirdi. Bizim onunla söhbətimiz yalnız bu barədə olurdu. Mən kiminsə həyat yoldaşımın işinə kömək etməsini həqiqətən istəyirəm, çünki onun taleyindən narahatam.

-İddialar var ki, siz həmin məhkuma 27 min manat pul veribsiniz. Bu barədə nə deyə bilərsiniz?

-Mən bu iddialra qəbul etmirəm. Rauf Sultanova və ya Penitensiar Xidmətin hər hansı bir əməkdaşına pul verməmişəm.

-Axı bəzi internet saytlarında sizin telefon danışığınız yayılıb, orda deyirsiniz ki, həmin məbləğdə pulu məhkum olunan şəxsə veribsiniz. Bu barədə nə deyə bilərsiniz?

-Bilirsiniz, biz ziyalı ailəyik. Heç vaxt başımıza belə iş gəlməyib. Həyat yoldaşım alimdi, onun sağlamlıq vəziyyəti çox ağırdı. Onun həbsdə qalması mənə çox ağır təsir edib. Bir ildir ki, özümün psixi vəziyyətim çox ağırdı. Güclü müalicə kursu keçirəm. Demək olar ki, həkimlərin köməyi ilə özümü idarə edirəm. İnanın ki, bəzən nə danışdığımı da unuduram. Bəlkə həmin danışıqda özümdən asılı olmayaraq, düşüncələrimi, mülahizələrimi demişəm.

-Yəni Penitensiar Xidmətin əməkdaşları vasitəsilə hansısa məhkuma 27 min manat məbləğində pul göndərməyinizlə bağlı dediklərinizi təkzib edirsiniz?

-Bəli, birmənalı şəkildə bunun belə olmadığını bildirirəm. Mənim bununla bağlı heç bir iddiam və ya kimdənsə şikayətim yoxdur.

Azinforum.az

 

Həmçinin oxuyun

Bakıda gəlin maşını yandı – Video

Bakıda hərəkətdə olan maşın yanır. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə əvvəl aeroport …