“Baku Oksford Skul” Tam Orta Ümumtəhsil Məktəbi MMC “Baku Steel Company” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiası üzrə iclas keçirilib və növbəti məhkəmə prosesi may ayının 30-na təyin olunub.
Məhkəmə prosesi Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın sədrliyilə keçirilir.
Bildirilir ki, iddia əmlak tələbi üzrə qaldırılıb.
Qeyd edək ki, “Baku Oksford Skul” məktəbi hazırda həbsdə olan MMC “Baku Steel Company” MMC-nin sabiq rəhbəri Rasim Məmmədovun həyat yoldaşına məxsusdur.
Onu da bildirək ki, Rasim Məmmədovun ailə üzvləri eyni səbəbdən DTX-ya qarşı da məhkəmə iddiası qaldırmışdılar.
Qeyd edək ki, Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. R.Məmmədov özü də uzun illər “Baku Steel Company”nin rəhbəri olub. Rasim Məmmədov həbs edildikdən sonra Bakı Oksford Məktəbinin üzərinə də həbs qoyulub. Məktəbin dəyəri 24 milyon manat qiymətləndirilir.
Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən imkanlı şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.
Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.