Cümə , Dekabr 9 2022
Ana səhifə / Kriminal / Rasim Məmmədov qardaşının istintaqa verdiyi ifadədən danışıb

Rasim Məmmədov qardaşının istintaqa verdiyi ifadədən danışıb

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İttihama görə Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutarkən sui-istifadə hallarına yol verib, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan sonuncu prosesdə cinayət işində olan sənədlər elan olunub.

Prosesdə çıxış edən Rasim Məmmədov qardaşının dindirilməsini tələb edib: Qardaşım “Baku Steel Company”nin icraçı direktoru olub. O, burada, zalda əyləşib. Niyə onu dindirmirsiz? Axı o, şirkətin rəhbəri olub. Hər şeydən xəbəri var. İstintaq dövründə onu bir dəfə dindiriblər. Deyiblər ki, heç nədən xəbəri olmadığını bildirsin. O da belə deyib”.

Rasim Məmmədov qeyd edib ki, 10 il ərzində “Azəristeel” 113 milyon qazanıb.

Prosesdə cinayət işində yer alan şirkətdə aparılan audit yoxlamaların protokolları tədqiq olunub.

Növbəti proses oktyabrın 31-də davam edəcək.

Musavat.com

Həmçinin oxuyun

İlkinin məhkəməsində Baş Prokurorluq və DİN-in idarə rəislərinin dindirilməsi istənildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə …