Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Rasim Əkbərovu bıçaqlayan şəxsin məhkəməsi başlayır

Rasim Əkbərovu bıçaqlayan şəxsin məhkəməsi başlayır

Goranboydakı N saylı hərbi hissənin komandiri olmuş və Qarabağ döyüşlərindəki xidmətlərinə görə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş Rasim Əkbərova qarşı sui-qəsd ilə əlaqədar məhkəmə prosesi başlayır.

Sabiq Milli Qəhrəmanı yaralamaqda ittiham olunan Xaliq Məmmədovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə baxılacaq.

Məlumatda bildirilir ki, dekabrın 28-də bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Xaliq Məmmədov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. O bildirib ki, yaxın qohumu olan qadına qarşı baş verənlərə görə Rasim Əkbərovu bıçaqla vurub. Hadisə sentyabrın 8-də Goranboy şəhərində baş verib.

6 bıçaq zərbəsilə xəsarət alan 64 yaşlı Rasim Əkbərov Gəncədəki xəstəxanaya yerləşdirilib./Meydan.tv

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …