Ana səhifə / Kriminal / “Range Rover”lə Biləsuvarda qəzaya düşən “Hacı Mazan” Bakıya gətirilir (YENİLƏNDİ 2, FOTOLAR+VİDEO)

“Range Rover”lə Biləsuvarda qəzaya düşən “Hacı Mazan” Bakıya gətirilir (YENİLƏNDİ 2, FOTOLAR+VİDEO)

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hacı Mazanın içərisində olduğu “Range Rover” 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi “MAN” markalı yük avtomobili ilə toqquşub.

Dəqiqləşdirilmiş məlumata görə, Hacı Mazan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib.

****

Bu gün səhər saatlarında Biləsuvar rayonu ərazisində qəzaya düşmüş Hacı Mazan kimi tanınan iş adamı Ramazan Hüseyn oğlu Zeynalov paytaxt xəstəxanalarının birinə köçürülür.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna bildiriblər ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə-beyin travması diaqnozu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İş adamının yaxınları onun Bakıdakı xəstəxanaların birinə köçürülməsini istəyib və o, hazırda paytaxtda gətirilir.

Qəza Bakı -Astara yoluynun 86-cı kilometrliyində baş verib. 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi “MAN” markalı yük avtomobili 1987-ci il təvüllüdlü Rəşad Ramiz oğlu Kərimovun idarə etdiyi “Range Rover”lə toqquşub. “Range Rover”də olan Hacı Mazan da xəsarət alıb.

Hacı Mazan kimdir?

Qeyd edək ki, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov indiyədək yalnız qalmaqallı hadisələrlə gündəmə gəlib, onunla bağlı ictimaiyyət o qədər də məlumatlı deyil.

Hacı Mazan şeyx Allahşükür Paşazadənin yaxın qohumu – qudasıdır və onun qardaşı Cavanşir Paşazadə ilə biznes ortağıdır.

Yerli mənbələrin məlumatına görə, Zeynalov cavanlıqda Lənkərandakı avtobazanın “KamAZ” markalı yük maşınlarından birinin sürücüsü olub. Həmin dövrlərdə Cavanşir Paşazadə Lənkərandakı çay fabriklərindən birində rəhbər vəzifədə işləyib. R.Zeynalov C.Paşazadənin rəhbəri olduğu fabrikdən “KamAZ”la Bakıya, keçmiş SSRİ respublikalarına çay daşıyıb.

Hacı Mazan hazırda tikinti biznesi ilə məşğuldur, Masallıda istirahət mərkəzinin sahibidir, bahalı maşın və gözəgəlimli nömrə həvəskarı kimi tanınır.

****

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü – 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …