Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında

Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında

Generalın baş həkim olan qardaşı cavabdeh qismində məhkəmə qarşısına çıxarılacaq.

Məmmədov Sərxan İsa oğlu maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı “3 nömrəli şəhər klinik xəstəxanası” publik hüquqi şəxsin baş həkimi Fikrət Zeynalovu və həkim Apayev Elşən Çingiz oğlundan Sabunçu Rayon Məhkəməsinə şikayət edib. Bu gün hakim Anar Rzayevin sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçirilib və növbəti proses oktyabr ayının 10-na təyin olunub.

Qeyd edək ki, baş həkim Fikrət Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır.  /Unikal.org

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …