Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Ramiz Taxveli qayınanasını məhkəməyə verdi

Ramiz Taxveli qayınanasını məhkəməyə verdi

Arvadını 5-ci mərtəbənin balkonundan ataraq öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxveli qayınanasına qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Taxveli mərhum həyat yoldaşı Adelya Taxvelinin anası Samirə Süleymanovaya qarşı mülki iddia irəli sürüb. 

R.Taxvelinin vəkili Qanqa İbrahimov saytımıza açıqlamasında bildirib ki, S.Süleymanova hadisənin baş verdiyi mənzilin açarlarına özündə saxlayaraq Taxveli ailəsinə təhvil vermir: “Ev rəsmi olaraq, sənədlərlə Ramiz Taxvelinin adınadır. Samirə xanım isə evin açarlarını özündə saxlayır. Ramizin ailəsinin evə daxil olmasına, oradakı avadanlıqlardan istifadəyə, Ramizin şəxsi əşyalarını götürməyə icazə vermir. Eyni zamanda, həmin binanın qarajında saxlanılan və Ramizə məxsus “Lexus” markalı avtomobili də geri qaytarmaqdan imtina edir”.

R.Taxvelinin ailəsi öncə polisə şikayət edib, oradan isə bu məsələnin mülki mübahisə olduğu bildirilib. Buna görə də mənzilin və maşının qaytarılması üçün R.Taxvelinin adından Nəsimi rayon Məhkəməsinə müraciət edilib.

İşə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq. 

Eyni zamanda R.Taxveli ilə bağlı Nəsimi Rayon Məhkəməsində daha bir çəkişmə prosesi var. “Unibank” ipoteka kredit müqaviləsi üzrə ödənilməmiş borca görə Ramiz Taxvelini məhkəməyə verib. O işə isə hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, R.Taxveli arvadını öldürməkdə və narkotik daşınmasında ittiham olunur. Onun bu cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …