Bazar , Fevral 25 2024
Ana səhifə / Kriminal / Ramin Hacılının həbs müddəti daha bir ay uzadıldı

Ramin Hacılının həbs müddəti daha bir ay uzadıldı

Bu gün Nərimanov Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Azinforum.az  “Report”a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqdimat təmin edilib, R.Hacılının həbs müddəti daha bir ay artırılıb.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, DSX-nin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alıb. Belə ki, sərhəd naryadı dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlunu saxlayıb.

Həmçinin oxuyun

Azərbaycanda arvadı ilə birləşib qızını öldürdü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş …