Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Ramin Hacılı ilə birlikdə həbs edilən Üzeyir Bağırlı azadlığa buraxıldı – FOTO

Ramin Hacılı ilə birlikdə həbs edilən Üzeyir Bağırlı azadlığa buraxıldı – FOTO

“No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı ilə birlikdə həbs edilən “Yes Travel” MMC-nin rəhbərlərindən olan Üzeyir Bağırlı azadlığa buraxılıb.

Məhkəmənin qərarı ilə Ü.Bağırlıya şərti cəza verilib.

Qeyd: Bu ilin iyulunda Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz “siyasi sığınacaq” almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər. Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Fotoları təqdim edirik

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …