Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Rafiq Tağının qardaşı qətlin yenidən araşdırılmasını istəyir

Rafiq Tağının qardaşı qətlin yenidən araşdırılmasını istəyir

Yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağı hüquq-mühafizə orqanlarına müraciət edəcək. O, Rafiq Tağının qətlinin yenidən araşdırılmasını istəyir.

Bu barədə İlqar Tağı Meydan TV-yə danışıb.

O deyib ki, media vaitəsilə müraciət etsə də, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə rəsmi məktub ünvanlayacaq.

İlqar Tağı adını çəkdiyi dövlət orqanlarına getmək niyyətində olduğunu da bildirib:

“Qardaşımla gedib cinayət işinin yenidən açılmasını istəyirik, ancaq əvvəlki istintaq qrupunun olmasının əleyhinəyik”.

İlqar Tağı deyir ki, deputat Fazil Mustafaya qarşı sui-qəsddən sonra Milli Məclisdə deputat Ziyafət Əsgərov Rafiq Tağının qətlinin arxasında İranın xüsusi xidmət orqanlarının dayandığını söyləyib:

“Bundan sonra biz də belə qərara gəldik ki, bu məsələni yenidən qaldıraq. Ancaq yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını vacib sayırıq”.

İlqar Tağı vəkil Elçin Sadıqova da müraciət edəcəklərini deyib.

Elçin Sadıqov isə yeni cinayət işinin açılmasını mümkünsüz sayır.

Vəkilin sözlərinə görə, cinayət işi dayandırılmışdı: “Ona görə cinayət işi yenilənə bilər”.

E.Sadıqov düşünür ki, qətlin açılması ölkə rəhbərliyinin siyasi iradəsinə bağlıdır.

Yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 19-da bıçaqlanıb.

Bir neçə gün sonra Bakının 1 saylı xəstəxanasında vəfat edib.

R.Tağının qətli ilə bağlı başlanmış istintaq işi 2014-cü ildə dayandırılıb.

2022-ci ilin iyulunda Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yazıçı Rafiq Tağının həyat yoldaşının şikayəti üzrə qərarında Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …