Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Kriminal / “Rafael müəllim dəfələrlə mənə deyirdi ki, bu pulların əksəriyyəti Elşəndədir”

“Rafael müəllim dəfələrlə mənə deyirdi ki, bu pulların əksəriyyəti Elşəndədir”

Həbsdə olarkən koronavirusdan ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Prosesdə mərhum keçmiş deputatı onun hüquqi varisi qismində həyat yoldaşı Aidə Cəbrayılova təmsil edib. A.Cəbrayılovanın hüquqi nümayəndəsi İlqar Kazımov prosesdə çıxış edərək cinayət işi üzrə zərərçəkmişlərin dindirilməsini istəyib. Məhz bundan sonra mövqelərini bildirəcəklərini qeyd edib.

A.Cəbrayılova isə prosesdə çıxış edərək məhkəməyə bildirib ki, şikayətlər Rafael Cəbrayılov barəsində deyil, onun qardaşı Elşən Cəbrayılovla bağlı olub: “İstintaq zamanı bu nəzərə alınmayıb. Baş prokurora göndərdiyi məktubda da qeyd edib ki, cinayəti qardaşı Elşən Cəbrayılov törədib. Məhkəmənin bunları nəzərə almasını xahiş edirik”.

Zərərçəkənin nümayəndəsi Kamandar Nəsibov çıxışında bildirib ki, istintaqda da şikayətlər təkcə sabiq deputat barəsində deyil, həm də onun qardaşı Elşən Cəbrayılovla bağlı olub: “Cinayət işinin ibtidai istintaqa qaytarılması istəyirik. Elşən Cəbrayılov da istintaqa cəlb olunmalıdır. Elşənin bu işdə böyük rolu var. Rafael müəllim dəfələrlə mənə deyirdi ki, bu pulların əksəriyyəti Elşəndədir. Elşənin əmlakların çoxu xaricdədir”.

Hüquqi varis gələn prosesdə geniş ifadə vermək üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 2-də davam edəcək. Xatırladaq ki, R.Cəbrayılov külli miqdarda dələduzluqda ittiham edilirdi, o tikinti biznesinə yatırmaq üçün müxtəlif şəxslərdən milyonlarla manat borc alaraq geri qaytarmamışdı. virtualaz.org

Həmçinin oxuyun

“Əli Həsənovun oğluna 600 min, baldızına 580 min verdim…”

Jurnalistlər üçün bina tikintisinə ayrılmış vəsaitdən Prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli və …