Ana səhifə / Kriminal / Rafael Cəbrayılovun qardaşı azadlığa buraxıldı

Rafael Cəbrayılovun qardaşı azadlığa buraxıldı

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilməyib. Məhkəmə istintaq orqanının təqdimatının əsassız olduğu qənaətinə gəlib. Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb.

Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılıb.

Xatırladaq ki, E.Cəbrayılov mərhum qardaşı R.Cəbrayılovun cinayət işi üzrə şahid qismində tanınır. O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İttihama görə, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. Onun cinayət işi üzrə məhkəmə iclası hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Cəbrayıov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …