Ana səhifə / Kriminal / Rafael Əsgərov: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”

Rafael Əsgərov: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə dərc olunan xəbərlər artıq bir neçə gündür ki, mətbuatda ciddi rezonans doğurub.

Bastainfo.com xəbər verir ki, Bakı Lift İdarəsi rəisinin əməlləri və varidatı haqda heyrətamiz iddialar sərlövhəli yazıda Qüdrət Şükürovun özünün keçmiş kürəkəni Elşən Əsgərlini döydürdüyü, amma hüquq-mühafizə orqanlarının bununla bağlı heç kimi həbs etmədiyi bildirilirdi. Yazıda ilk baxışdan elə də böyük vəzifə sahibi olmayan Şükürovların 400 min dollara başa gələn toy məclisi, bahalı avtomobilləri, özəl yaxtası və digər varidatı haqda da bilgilər yer almışdı.

Elşən Əsgərlinin atası Rafael Əsgərov “Basta”ya açıqlamasında Bakı Lift İdarəsinin rəisinə qarşı yeni ittihamlar irəli sürüb. O, bildirib ki, Qüdrət Şükürov Elşən Əsgərlini döydürməklə kifayətlənməyib, indi də onu şərləyərək həbs etdirmək istəyir:

Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel Şükürova bir neçə il bundan öncə birinci həyat yoldaşı Elşən Əsgərlidən boşanaraq 2-ci dəfə ailə qurub. Bildirilir ki, birinci nigahdan dünyaya gətirdiyi uşağı atasından icazəsiz – notarisdan alınmış saxta sənədlə xaricə aparmaq istəyib. Amma uşağın atası Elşən Əsgərli bundan xəbər tutaraq, şikayət edib və notariusdan alınan saxta etibarnaməni ləğv etdirib. Elşən Əsgərli övladının xaricə aparılmasına əngəl yaratdığı üçün tərəflər arasında yeni konflikt yaranıb.

“Oqtay deyib ki, 30 min rüşvət vermişik”

Rafael Əsgərov deyir ki, bundan sonra Qüdrət Şükürov keçmiş kürəkəni Elşən Əsgərli ilə haqq-hesab çəkmək qərarına gəlib.

“Hadisə aprelin 10-da olub. Qüdrət Şükürovun yeni kürəkəni Oqtay Əhmədov Elşəni “görüşüb məsələni yoluna qoymaq” adı ilə çağıraraq, sonra yanındakı qoçu dəstəsi ilə birgə Elşəni vəhçicəsinə döyüblər. Bununla bağlı polisə şikayət edilsə də, hadisəni törədənlər məlum olsalar da, polis heç bir tədbir görmür. Nərimanov rayonunun polis idarəsinə gedərkən, orada Qüdrət Şükürovu gördüm. Daha sonra özüm də rəisin qəbuluna girdim. Rəisdən soruşdum ki, Qüdrət Şükürov bura nə üçün gəlmişdi, o da təsdiqlədi Qüdrət Şükürov Elşənin həbs edilməsini istəyir. Şükürovun yeni kürəkəni açıq deyib ki, Elşənin həbsi üçün 30 min rüşvət vermişik. Elşəni döyənləri tutmurlar, amma əksinə, onun özünə qarşı xuliqanlıq maddəsilə cinayət işi qaldırıblar” – Rafael Əsgərli deyir.

“Elşəni 3-cü dəfədir ki, döyürlər”
.
Rafael Əsgərov bildirir ki, Qüdrət Şükürovun adamları artıq 3-cü dəfədir ki, Elşəni döydürürlər.

“İlk dəfə Elşən öz uşağı ilə görüşmək istəyərkən, ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər. İkinci dəfə Oqtay və onun dəstəsi Elşəni “Gənclik” metrosunun yanına guya danışığa çağırıb, onu beysbol bitası ilə döydürmüşdülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar. Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər nə hadisənin şahidləri dindirilib, nə də hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb. İşi Pərviz adlı müstəntiq aparır. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur. Deyir ki, guya kameralar işləməyib”, – Rafael Əsgərov bildirir.
Söhbətdən məlum olur ki, Elşən Əsgərlinin nəinki özü, hətta onun döyülməsinin şahidi olanlar da polisin təhdidi ilə üzləşiblər.

İnstaqramda təhqirlər

Rafael Əsgərovun bildirdiyinə görə, bütün bunlarla yanaşı, onun ailəsi Qüdrət Şükürovun qızı Aysel Şükürovanın sosial şəbəkə vasitəsilə apardığı mənəvi işgəncə ilə üz-üzə qalıb. İddia edilir ki, Aysel Şükürova instaqramda açdığı saxta profillərlə Elşənin anası, hətta azyaşlı uşaq olan bacısı haqda dilə gətirilməyəsi təhqirlər, böhtanlar yazır: “Məqsədləri Elşəni provakasiyaya çəkib, onu hansısa qanunsuzluğa vadar etmək və tutdurmaqdır”.

Əsgərovlar ailəsi instaqramda təhqirlərə məruz qalmaları ilə də bağlı polisə, DİN-ə, Baş Prokurorluğa və birinci vitse-prezidentə şikayət ediblər. Amma bu şikayətlərə də baxan yoxdur.

Rafael Əsgərov: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”
Rafael Əsgərov: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”
Rafael Əsgərov: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”
Rafael Əsgərov: “Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib”

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın