Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Rəşad Sadıqov “Range Rover”lə qəzaya düşdü

Rəşad Sadıqov “Range Rover”lə qəzaya düşdü

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.

Azinforum.az  yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, məlumatı Ağdam klubundan da təsdiqləyiblər.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …