Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / Rəşad Dağlının qətlə yetirdiyi şəxsin fotosu

Rəşad Dağlının qətlə yetirdiyi şəxsin fotosu

Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, qətlə yetirilən İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Ötən gecə baş verən mübahisə zamanı Rəşad Dağlı bıçaqla İskəndər Mehtiyevi qətlə yetirib.
Qətlə yetirilən şəxs Rəşad Dağlının sənət yoldaşı, meyxanaçı Ələkbər Yasamallının qohumudur.

Həmçinin oxuyun

Mövlam Şıxəliyevin yeni məhkəməsi başlayır

Cinayət işi  Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun …