Ana səhifə / Kriminal / Rəşad Dağlının həbs müddəti ilə bağlı təqdimat verildi

Rəşad Dağlının həbs müddəti ilə bağlı təqdimat verildi

Tanışını qətlə yetitməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.

İstintaq orqanı tərəfindən göndərilən təqdimata Qaradağ Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rəşad Dağlı əvvəldən tanıdığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisə 3 ay əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib. Meyxanaçı ilkin ifadəsində hadisəni təhqirə görə törətdiyini deyib. APA

Həmçinin oxuyun

Gömrük Komitəsinin vəzifəli şəxsi MƏHKƏMƏ QARŞISINDA

Gömrük postundan kənar pul vəsaitinin keçirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi …