Ana səhifə / Kriminal / Rəşad Böyükkişiyev necə öldürüldü? – Fotolar

Rəşad Böyükkişiyev necə öldürüldü? – Fotolar

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həmin əməliyyatın fotoları yayılıb. Fotolarda əməliyyatı həyata keçirən DİN-in “Aslanlar” xüsusi təyinatlı dəstəsi və məhv edilən R. Böyükkişiyevin cəsədi öz əksini tapıb.

Xatırladaq ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən öldürülüb.



Həmçinin oxuyun

Bazar ertəsini sevmədiyi üçün şagirdləri güllələyən gənc qızın cinayəti… – FOTOLAR

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bu sindrom …