Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Kriminal / Qusarda hündürlükdən yıxılan kişinin meyiti tapıldı – Yenilənib

Qusarda hündürlükdən yıxılan kişinin meyiti tapıldı – Yenilənib

Qusarda 32 yaşlı kişi hündürlükdən yıxılaraq dərəyə düşüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusarın Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. 

***

APA-nın məlumatına görə, 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun cəsədi Kuruq kəndinin dərəsi adlanan yerdə aşkarlanıb.

Həmçinin oxuyun

Bakı metrosuna 2 AVTOMATLA girmək istəyəndə olub…

Bakı metrosunda sərnişinin üzərindən avtomat silah çıxıb. Azinforum.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin …