Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Qusarda bədbəxt hadisə – 8 yaşlı qız öldü

Qusarda bədbəxt hadisə – 8 yaşlı qız öldü

Qusarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“ Azinorum.az ” ın məlumatına görə, ötən gün rayonun Samur qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini həyətindəki fərdi təsərrüfata traktorla ot tayları gətirərkən taylardan biri qoşqudan düşərək həyətin girişindəki darvazanı aşırıb. Aşan darvaza orada dayanmış 2014-cü il təvəllüdlü qızın üstünə düşüb.

Traktor hərəkət edib həyətə daxil olduqdan bir neçə dəqiqə sonra 8 yaşlı uşağın yaxınları onu tapa bilməyib. Az sonra qızın aşan darvazanın altında qalaraq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …