Ana səhifə / Kriminal / Qurban Bayramında ətin qiyməti necə olacaq?

Qurban Bayramında ətin qiyməti necə olacaq?

Sentyabrın 1-2-i bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycan da müqəddəs Qurban bayramı qeyd ediləcək. Hər il Qurban bayramı ərəfəsində ətin və heyavanın qiymətində bahalaşma müşahidə olunur. Bəzi işbazlar qiymət artımını rayondan mal-qaranı baha almaqları ilə əlaqələndirirlər.

Bəs bu il necə, bayramla əlaqədar ətin qiymətində artım müşahidə oluna bilərmi?

“Qafqazinfo” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a açıqlamasında deyib ki, Qurban bayramında ətin qiymətində bahalaşması müşahidə olunmayacaq.

“Qurban bayramında ətin qiyməti stabil qalacaq. Ətin qiymətində artımın alıcılıq qabiliyyətinə ciddi təsir edəcəyini nəzərə alaraq, bahalaşmanın qarşısını almaq üçün nəzarət tədbirləri görüləcək.

Ətin 1 kiloqramının qiyməti bazar və paytaxtın digər nöqtələrində 11-12 manat arasında dəyişəcək. Hazırda mal əti 11, qoyun əti isə 12 manata satılır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramında da gücləndirilmiş iş rejimində vətəndaşlara xidmət göstərəcək. Ət kəsim məntəqələrində ətin keyfiyyətinə, qiymətinə nəzarət ediləcək. Təsərrüfat sahibləri, habelə qəssabların iş şəraiti yoxlanılacaq. Ümumiyyətlə, yarmarkaların qiymətlərə təsiri gözlənilmir”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bildirib ki, hər il olduğu kimi, bu il də təmsil etdiyi qurum bütün ölkə üzrə gücləndirilmiş iş rejimində çalışacaq.

“Dövlət Baytarlıq Nəzarəti Xidməti bayram günlərində kəsim üçün məntəqələrə gətirilən heyvanların baytarlıq sənədinin yoxlanılması, onların müayinəsi, icazə verilmiş yerdə kəsiminin təmin edilməsi və heyvanların sağlamlığına tam nəzarəti həyata keçirəcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın