Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Qulinin “razborka”lara baxan adamı hakim qarşısında – Azərbaycanda

Qulinin “razborka”lara baxan adamı hakim qarşısında – Azərbaycanda

Kriminal avtoritetin cinayət işi məhkəməyə göndərildi. 

Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Muğumov Əli Şamil oğlunun cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 

Belə ki, 2020-ci ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu tədbir zamanı Balakən rayon sakini əvvəllər məhkum olunmuş Əli Muğumov Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində tutulub. Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.

Ə.Muğumov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əsasən “razborka”lara baxan, Lotu Qulinin adamı kimi tanınan Əli Muğumovun digər cinayət əməlləri törətməsi də istisna edilmir.

Qulinin “razborka”lara baxan adamı hakim qarşısında – Azərbaycanda

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …