Azərbaycanlı qanuni oğru Nadir Səlifov (“Quli”) Türkiyədən Qətər Əmirliyinə köçüb.
Yenisabah.az
xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Məlumatda
iddia olunur ki, Nadir Səlifovun Türkiyədən köçməsi rəqiblərinin onu
aradan götürmək planları ilə bağlıdır. Lakin bu iddia bir qədər
inandırıcı görünmür. Çünki Nadir Səlifov Türkiyədə daha sərbəstdir,
digər tərəfdən “oğru dünyası”ndan onun tərəfdarları daha çoxdur.
Nadir
Səlifovun Zaxari Kalaşov (“Şakro Molodoy”) və Badri Koquaşvili (“Badri
Kutaisi”) kimi nüfuzlu “oğru”larla konflikti olsa da, Aslan Usoyandan
(“Ded Xasan”) sonra kriminal dünyanın xaç atası hesab edilən Tariel
Onianinin (“Taro”) klanına daxil olan Merab Canqveladze (“Merab
Suxumski”) və onun ətrafı azərbaycanlı “qanuni oğru”nu dəstəkləyir.
Digər
tərəfdən Nadir Səlifovun Türkiyənin yeraltı dünyasının nüfuzlu simaları
ilə də dostluğu var. Həbsdən çıxandan sonra türk mafiyasının ən öndə
gedənlərindən biri olduğu deyilən Sedat Pekerin onu ziyarətə gəlməsi
deyilənlərin təsdiqi sayıla bilər.
Bu
arada məlumat yayılıb ki, Nadir Səlifovun Qətərə köçdüyünü eşidən Badri
Koquaşvili gizli şəkildə İstanbula gəlib. Onun İstanbulda Sedat Pekerlə
görüşdüyü bildirilir. Koquaşvilinin İstanbul səfəri Nadir Səlifovla
problemləri yoluna qoymaq məqsədi daşıyıb.
Lakin
bu məsələdə Sedat Pekerin dəstəyini ala bilməyib. İstanbulda olması
xəbərinin Nadir Səlifova çatdığını eşidən kimi isə oradan Çexiyaya
gedib. Bu fakt da Nadir Səlifovun Qətərə köıçdüyü barədə xəbərə şübhə
ilə yanaşmağa əsas verir.
Badri
Koquaşvili ilə Nadir Səlifov arasındakı konfliktin kökündə gürcü
“qanuni oğru” Quram Çixladzenin (“Kvejoeviç”) vurulması dayanır. O, məhz
Nadir Səlifovla görüşdə vurulub. Çixladzeyə əl qaldıran isə Nadir
Səlifovun yaxın adamı hesab edilən qazax əsilli kriminal avtoritet Arman
Cumagəldiyev (“Arman Dikiy”) olub.
Sonradan
Arman Cumagəldiyev Quram Çixladzenin statusundan xəbərsiz olduğunu
bildirib. Hadisədən xəbər tutatn Badri Koquaşvili isə Nadir Səlifovun
“oğru” statusundan məhrum edilməli olduğunu bildirib və bu istiqamətdə
iş aparmağa başlayıb. Fəqət, “oğru”lar arasında böyük dəstək qazana
bilməyib. Əksinə, özünün “qanuni oğru” titulu şübhə altına alınıb.
İddia
olunur ki, məsələnin şişməsində Zaxari Kalaşovun da rolu var. O, Nadir
Səlifovun getdikcə artan nüfuzundan narahat olmağa başlayıb və bir
nömrəli “qanuni oğru” olmaq şanslarını itirə biləcəyini düşünüb. Məlumat
üçün deyək ki, hazırda həbsdə olan Zaxari Kalaşov Rusiyada ən güclü
“qanuni oğru”lardan hesab edilir.
Məlumatlara
görə, Badri Koquaşvilinin dəstək üçün müraciət etdiyi “qanuni oğru”lar
ona konflikti dərinləşdirməməyi tövsiyyə ediblər. Onlar Quram
Çixladzenin vurulmasının heç də “bespredel” olmadığını deyiblər.
Sən
demə, Quram Çixladze Nadir Səlifovla görüşdə elə ilk dəqiqələrdən
diskomfort yaradıb. O, “Quli” ilə əl verib görüşməyib. Bu azmış kimi
onun yerində oturub və Nadir Səlifovla ötkəm danışmağa başlayıb. Bu
zaman “Quli”nin yanında olan Arman Cumagəldiyev instinktiv olaraq Quram
Çixladzeyə əl qaldırıb. Məsələni yoluna qoyan Nadir Səlifov bundan sonra
Çixladze ilə barışmaq istəsə də, ikinci buna məhəl qoymayıb.
Badri
Koquaşviliyə Zaxari Kalaşovun Nadir Səlifovla bağlı planlarının
girovuna çevrildiyi deyilsə də, o, azərbaycanlı “qanuni oğru” bitirmək
yolundan cəhdlərini davam etdirir.
İddia
olunur ki, Nadir Səlifovu bitirmək üçün iki plan üzərində işlənilir.
Bunlardan biri onu fiziki cəhətdən məhv etməkdir. Bununla bağlı 1 milyon
dollar mükafat ayrılıb. Digər plan isə onun həbsinə nail olmaqdır. Bu
plana görə beynəlxalq axtarışda olan Nadir Səlifov Yunanıstana
“sxodka”ya çağırılır və orada polis əməliyyatı nəticəsində həbs edilir.
Hələ ki, bu planlar alınmır.
Nadir
Səlifova qarşı Rusiya mətbuatının kampaniya aparması da diqqətçəkən
məsələlərdən biridir. Rus mediası “Quli”ni nüfuzdan salmağa hesablanmış
ən müxtəlif materiallar tirajlayır. Onun “sxodka”lardan qaçması, şəxsi
həyatını ictimailəşdirməsi barədə dərc edilən məlumatları buna nümunə
göstərmək olar. Lakin Nadir Səlifov bütün bunlara təmkinlə yanaşaraq heç
bir tələyə düşməməyə çalışır.
Ana səhifə / Kriminal / “Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü – Nadir Səlifovu bitirmək planı
Həmçinin oxuyun
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …