Cümə , Dekabr 4 2020
Ana səhifə / Kriminal / “Quli”nin kirvəsinə 4 il həbs istənildi

“Quli”nin kirvəsinə 4 il həbs istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək M.Namazovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb.

O, qanunsuz olaraq odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitənin dövriyyəsində ittiham edilir.

M.Namazov özünü təqsirli bilmədiyini deyib.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …