Bazar , Fevral 17 2019
Ana səhifə / Kriminal / Quli Bakıya gətirilib – ev dustağıdır

Quli Bakıya gətirilib – ev dustağıdır

Ölkədə və ondan kınarda “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır. 

Bu barədə Musavat.com-un əməkdaşına onun yaxın dostlarından biri danışıb.

Müsahibimizin bildirdiyinə görə, Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib.

Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda “Quli” ev distağı şəraitində saxlanılır.

Qeyd edək ki, N.Səlifov Aəzrbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib.

Ancaq iki aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi, Türkiyə isə bu “göstərişi” yerinə yetirmək istəmirdi.

Belə görünür ki, artıq çıxış yolu tapılıb – “Quli” uzun illər cəza çəkdiyi ölkəyə göndərilib.

Həmçinin oxuyun

Şəmkirli biznesmenlərin söz dueli səngimir – Novruz Xəlilov ittihamlara cavab verdi

REDAKSİYADAN: Bir neçə gün öncə musavat.com saytında “Milyonçularımızı Piterdə kimlər şərləyir və ruslara satır – sensasion təfərrüat” …