Cümə , Oktyabr 19 2018
Ana səhifə / Kriminal / Qüdrət Şükürov barəsində əlavə cinayət işi açılıb

Qüdrət Şükürov barəsində əlavə cinayət işi açılıb

“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi açılıb”.
Bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin iki maddəsi üzrə – 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
Bu ayın əvvəlində “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Həmçinin oxuyun

Bakıda satıcının pulu və qızılları belə oğurlandı – Video

Bakıda böyük ticarət mərkəzlərinin birində baş verən oğurluq anı kameralara düşüb. Oğlu və qızı ilə …