Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Qüdrət Həsənquliyev dollar kreditlərinə görə Konstitusiya Məhkəməsini suçladı

Qüdrət Həsənquliyev dollar kreditlərinə görə Konstitusiya Məhkəməsini suçladı

“Konstitusiya Məhkəməsi vaxtında kreditlərin milli valyuta ilə verilməməsi məsələsində ölkə Konstitusiyasının pozulmasının qarşısını alsaydı, bu gün kreditlərlə bağlı belə acınacaqlı vəziyyət yaranmazdı”.

Virtualaz.org saytı xəbər verir ki, bunu APA-ya müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Ölkədə investisiya mühitinin formalaşdırılması və Azərbaycana investisiyaların cəlb olunması məsələsinə toxunan deputat bildirib: “İş adamı üçün yaranmış problemin məhkəmədə ədalətli həll olunacağına inanması çox vacibdir. Hamıya bəllidir ki, bütün normal iş adamları bir ölkəyə sərmayə qoymazdan əvvəl oradakı real mühiti dərindən öyrənir. İş adamları üçün ölkəyə yatırdıqları investisiyaya, mülkiyyətlərinə hüquqi təminatın olması çox mühümdür. Ona görə də, məhkəmələrdə dərindən və təcili islahatlar aparılmalıdır. Bütün problemlərlə bağlı iş adamlarının prezidentə və ya Prezident Administrasiyasına çıxması mümkün deyil. Heç Administrasiya da bunu araşdırıb çatdıra bilməz. Və ümumiyyətlə, bunu Administrasiya edəcəksə, o zaman məhkəmələr nəyə lazımdır? Ölkədə mülkiyyət hüquqi ilə bağlı etibarlı mühit yaratmaq lazımdır. Birdən görürsən ki, hansısa bir obyekti məhkəmə qərarı olmadan icra hakimiyyətinin göstərişi ilə buldozerə verib uçururlar”.

“Sahibkara təzyiqə, onun əmlakına qiymət qoyulması təcrübəsinə son qoyulmalıdır”, – Qüdrət Həsənquliyev belə deyib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın