Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Qubadakı dəhşətli qətlə görə həbs olunanların siyahısı

Qubadakı dəhşətli qətlə görə həbs olunanların siyahısı

Xəbər verdiyimiz kimi, Quba rayonunun Tülər kəndində qohumunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovun qətlinə görə həbslər başlayıb.
Həbs edilərək təcridxanaya göndərilən şəxslər arasında Elşadla qaçan 25 yaşlı Aynurun atası, dayısı, qayını və əri də var.
Qafqazinfo dəhşətli cinayət faktına görə həbs olunan şəxslərin siyahısını təqdim edir:
1. Şahmar Əsədov (Əri)
2. Təbriz Əsədov (Qayını)
3. Sadıq Dadaşov (Atası)
4. Mətləb Muradov (Kənd sakini)
5. Zabit Yolçuyev (Kənd sakini)
Bundan başqa, hazırda 20-yə yaxın kənd sakini Quba rayon Polis Şöbəsindədir. Kənddə 1 ədəd Post Patrul Xidməti (PPX) avtomobili 4 nəfərlik heyətlə keşik çəkir.
Qeyd edək ki, hadisədə adı hallanan qadın 2 uşaq anası olub.
Araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …