Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Qubada yanğın evlərə keçdi – Bakıdan 2 helikopter göndərildi + Foto

Qubada yanğın evlərə keçdi – Bakıdan 2 helikopter göndərildi + Foto

Quba Rayonunun dağ kəndlərində güclü qasırğa müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, rayon mərkəzindən 70 km aralıda yerləşən Qarxun kəndində qasırğa yanğınlara səbəb olub.

Sakinlərin verdiyi məlumata görə, güclü külək nəticəsində ot tayalarında başlamış yanğın artıq evlərə və tövlələrə keçib. Hazırda 3 evin yandığı bildirilir.

Qeyd edək ki, Quba Rayon İcra başçısı Ziyəddin Əliyev hadisə yerinə gedib.

***

“Qafqazinfo” xəbər verir ki, Bakıdan yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Qubaya iki helikopter göndərib.

***

Yanğınla bağlı FHN də məlumat yayıb. Bildirilir ki, Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır. Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …