Cümə , İyun 21 2019
Ana səhifə / Kriminal / Qubada tikintisi başa çatmamış məktəb yandı – Fotolar

Qubada tikintisi başa çatmamış məktəb yandı – Fotolar

Qubada dağ kəndində tikintisi başa çatmayan modul tipli natamam orta  məktəb gecə yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Çarxaçu kəndində baş verib. Yanğına səbəb kimi elektrik xətlərində qısaqapanma göstərilir.

Yanğın olan əraziyə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər rəhbər şəxslər gəlib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Gecə saatlarında istifadəyə verilməsinə hazırlıq görülən məktəb binasında hələlik bilinməyən səbəbdən yanğın başlayıb.

Ehtimala görə, 8 otaq 56 yerlik məktəbdə hadisəyə səbəb qısaqapanma olub.

***

“Şagirdlər təhsillərini əvvəlki qaydada köhnə məktəbdə davam etdirəcəklər”. “Qafqzinfo”ya bu sözləri Quba rayon təhsil şöbəsinin əməkdaşı Pərviz Nurməmmədov rayonun Çarxaçu kəndində yanan məktəb binası ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, sözügedən məktəb hələ tikilib başa çatmamışdı: “Məktəb tikilib bizə təhvil verilməmişdi hələ. Odur ki uşaqlar köhnə məktəbdə oxumağa davam edəcək”.

 


Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …