Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Qubada ticarət mərkəzində yanğın başlayıb- VİDEO- YENİLƏNİB

Qubada ticarət mərkəzində yanğın başlayıb- VİDEO- YENİLƏNİB

Quba rayonunda “Birja” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

“Repoirt”un yerli bürosu xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır.

*** 

Quba rayonunda “Birja” ticarət mərkəzində yanğın başlayıb.

“Report”un Şimal bürosunun verdiyi xəbərə görə, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəliblər.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …