Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / Qubada maskalı basqına gedən dostların məhkəməsi başladı – FOTO

Qubada maskalı basqına gedən dostların məhkəməsi başladı – FOTO

Qubada maskalı basqına gedən dostlar hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən Hörmət Hətəmov, Zahir İsmayılov, Məhəmməd Tağıyev və Ülvi Əmirlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hadisə bu il aprelin 1-də baş verib.

Məlumata görə, soyuq silahlarla silahlanmış bir qrup maskalı şəxs Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimovun evinə basqın edib.

Həmin şəxslər Hamlet İbrahimovun əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov, Ülvi Əmirov və Məhəmməd Tağıyev saxlanılıblar.

Həmin şəxslərdən hadisə zamanı istifadə edilmiş maskalar, əlcəklər və soyuq silahlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …