Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Qubada kanala düşən buzovu çıxarmaq istəyərkən suda batan iki nəfərin meyiti tapıldı

Qubada kanala düşən buzovu çıxarmaq istəyərkən suda batan iki nəfərin meyiti tapıldı

Bu gün Samur-Abşeron kanalında batan hər iki şəxsin meyiti sudan çıxarılıb.

Virtualaz.org bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.

Bildirilir ki, FHN-in xilasetmə qrupu tərəfindən sudan çıxarılan Qubanın Gədikqışlaq kənd sakinləri – 56 yaşlı Vidadi Mehrəliyev və 54 yaşlı Səhrab Seyfulovun meyitləri aidiyyəti üzrə təhvil verilib.

***15:53

Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.

“Report” xəbər verir ki, Quba rayonu, Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxarmaq istəyiblər.

Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.

Hazırda əraziyə Quba Rayon Polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə yerinə qaldırıcı kran gətirilib. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Hazırda onları suyun üzərinə çıxarmaq mümkün olmadığından, kanalda suyun səviyyəsinin azaldılması planlaşdırılır.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …