Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Kriminal / Qubada DƏHŞƏTLİ QƏZA: Əvvəlcə oğlu, sonra da özü öldü – VİDEO

Qubada DƏHŞƏTLİ QƏZA: Əvvəlcə oğlu, sonra da özü öldü – VİDEO

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Qubanın İqrık kəndi ərazisində “Mercedes” markalı minik maşını və mikroavtobus toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Qəzada ölən şəxs “Mercedes” markalı minik maşınının sürücüsü, 63 yaşlı Şövkət Qubadovdur.

Xəsarət alanlar – 1988-ci il təvəllüdlü Vüqar İsmayılov, 1947-ci il təvəllüdlü İradə Əlimuradova, 1996-cı il təvəllüdlü Hüseyn Hacıyev, 1960-cı il təvəllüdlü Vaqif Bətərov Quba Mərkəzi Rayon Xəstəxanasına, Nigar Haktari Quba Müalicə Diaqnostika Mərkəzinə, 1977-ci il təvəllüdlü Zaur Əsədov, 1996-cı il təvəllüdlü Aygün Abdurəhmanova və hələlik kimliyi məlum olmayan bir nəfər isə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən sürücünün oğlu da bir neçə il öncə yol qəzasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …