Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Qubad İbadoğlu:“Qiymət artmı ilə hökumət SOCAR-ı zərərdən və borcdan xilas etmək istəyir”

Qubad İbadoğlu:“Qiymət artmı ilə hökumət SOCAR-ı zərərdən və borcdan xilas etmək istəyir”

“Aİ-92 markalı benzinin qiymətinin qalxmasının iki səbəbi var”.

İqtisadçı ekspert Qubad İbadoğlu Tarif Şurasının qərarını Turan-a şərh edərkən deyib. Onun sözlərinə görə, ilk növbədə bu, SOCAR-ın indiki durumu ilə bağlıdır: “Bu qiymət artmı ilə hökumət SOCAR-ı hər il artan zərərdən vəborcdan xilas etmək istəyir, odur ki, mövcud bahalaşma korporativ maraqlardan yaranıb”. – deyə Q.İbadoğlu bildirib.

Digər tərəfdən, hökumətin öz maraqları da var. Belə ki, SOCAR-ın büdcə öhədlikləri var və bu qiymət artımı ilə bu məsələ qismən həllini tapır.

Digər səbəb dövriyyəyə daha çox manat kütləsi cəlb etməkdir. Beləliklə, burada manatın indiki məzənnəsini saxlamaq məəsləsi də var, çünki bu bahalaşma ilə əhalinin xərcləri də artır. Bu isə əhalinin yığım, valyuta dəyişilmə imkanlarının azalması deməkdir.

Q.İbadoğlu Tarif Şurasının hətta bu bahalaşmadan sonra Azərbaycanda benzinin qiymətinin yaxın qonşu ölkələrlə müqayisədə ucuz olması haqda bəyanatını əsassız sayır: “Türkmənistan, Qazaxıstan, İran, hətta Azərbaycan benzinini satan Gürcüstanda belə benzinin qiyməti Azərbaycanda olduğundan ucuzdur”, – o vurğulayıb.

Ekspert hesab edir ki, bu bahalaşma inflyasiyanı yüksəldəcək, hazırda 13% olan inflyasiya 15-20%-ə qədər yüksələ bilər.

Ötən gecə Tarif Şurası ölkə ərazisində Aİ-92 markalı benzinin qiymətini 70 qəpikdən 90 qəpiyə qaldırıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın