Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Qubad İbadoğlu: “Elman Rüstəmovun fikirləri vəziyyətin pisləşdiyini göstərir”

Qubad İbadoğlu: “Elman Rüstəmovun fikirləri vəziyyətin pisləşdiyini göstərir”

İqtisadçı-alim Qubad İbadoğlu bildirib ki Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun səsləndirdiyi fikirlər Azərbaycanda iqtisadi vəziyyətin getdikcə pisləşdiyini göstərir. 
 
Musavat.com xəbər verir ki, Qubad İbadoğlu bu barədə öz facebook profilində status yazıb: 
“Parlamentdə büdcə müzakirələri zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov çıxışında səsləndirdiyi faktlar Azərbaycan iqtisadiyyatında mövcud durumun sürətlə pisləşdiyini göstərir. Bu çıxışda diqqəti çəkən 2 neqativ tendensiyaya və 1 məqama münasibət bildirmək istərdim. AMB sədri çıxışında səsləndirib ki: 1) “2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci illə müqayisədə 8 dəfə az olacaq”. 2) “2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 milyard dollar olub. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 milyard dollardır.” E.Rüstəmovun qeyd etdiyi maraqlı məqam isə çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlərin ciddi araşdırılması ilə bağlıdır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq”.
AMB sədrinin bu çıxışını çevik məzənnə siyasətinə keçid mesaji kimi də dəyərləndirmək olar. Çünki 21 fevral devalvasiyası qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli olmadı. Devalvasiyadan sonrakı dövrdə nə makro-iqtisadi səviyyədə (ixrac potensialının genişlənməsi, rəqabət qabliyyətliliyinin artırılması), nə də pul-kredit göstəricilərində müsbət dəyişikliklər müşahidə olunmadı. Belə ki, ötən dövrdə kredit qoyuluşlarının həcminin azalmasına baxmayaraq, geri qayıtmayan problemli kreditlərin həcmi artdı. Bankların cəlb etdiyi əmanətlərin səviyyəsi aşağı düşməsi ilə yanaşı onun valyuta tərkibində dollar hökmran mövqeyə çıxdı. Hər iki tendensiyanın davamlı olması AMB-dən yeni addımlar atmağı tələb edir.
Odur ki, AMB sədri parlament kürsüsündən başqa alternativlərlə bağlı araşdırmalar apardıqlarını bəyan etdi. Hesab edirəm ki, AMB manatın sabitləşməsinə təmin edəcək çoxlu varinatlar üzrə seçim qarşısında deyil. Burda məzənnənin tənzimlənməsinin 2 yolu qalıb. Onlardan biri valyuta bazarına müdaxilələr yolu ilə hazırkı inzibati tənzimləmə siyasətini davam etdirməklə AMB-nin malik olduğu 7 milyard dolları da qısa müddətə xərcləmək, ikincisi isə valyuta bazarına müdaxiləyə son qoyaraq manatın məzənnəsinin tənzimlənməsini bazaq iştirakçılarının ixtiyarına vermək. İkinci yanaşma yeni olduğuna görə ona keçid hazırlıq tələb edir. Əks tədqirdə, 21 fevral devalvasiyasından sonra manatın qiymətdən düşməsi, dəyərini və etibarını itirməsi onun bazar tənzimlənməsi zamanı ucuzlaşmasını şərtləndirə bilər. Buna yol verməmək üçün yenidən devalvasiya keçid dövrünün tədbirlərindən biri ola bilər”.

 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın