Bazar , Yanvar 17 2021
Ana səhifə / Kriminal / Qubad İbadoğlu dolların bahalaşmasının səbəblərini – Açıqladı

Qubad İbadoğlu dolların bahalaşmasının səbəblərini – Açıqladı

Manatın məzənnəsi dollara nisbətən hər keçən gün daha da aşağı düşür.Dollar manata nisbətən artıq rekord həddə bahalaşıb. 1 dollar, 1 manat 70 qəpiyi keçib. Artiq banklar puldəyişməni dayandırıb. Bu da dolların daha da bahalaşacağından xəbər verir.

Bəzi ekspertlər bildirir ki, ölkədə yeni devalvasiya olacaq.

Manatın məzənnəsinin durmadan aşağı düşməsi və gələcəkdə manatın taleyi barədə iqtisadçı ekspert, ADR hərəkatının sədri Qubad İbadoğlu ölkə.az-a danışıb:

“Artıq üçüncü, dördüncü devalvasiyadan söhbət etməyə dəyməz. Onsuz da hər gün Azərbaycan manatı dünyanın aparıcı valyutaları ilə müqayisədə dəyərini itirir. Manatın dəyərini itirməsi özü devalvasiya deməkdir. Sadəcə bizim əvvəlki dövrlərdə gözlədiyimiz devalvasiyaya inanmıram ki, Mərkəzi Bank getsin. Çünki bu iqtisadiyyata bir növ şok təsiri bağışlayır. Birinci və ikinci devalvasiya baş verəndən sonra üçüncü və dördüncüyə lüzum qalmır.

Manatın yaxın zamanda yenidən ucuzlaşması gözlənilən bir şeydir. Proqnoz vermişdim ki, bu ilin sonu Azərbaycan manatı üçün ağır olacaq, çünki ilin sonunda xarici öhdəlikləri yerinə yetirmək istiqamətində valyutaya tələbat artır. O baxımdan tələbatın artması son nəticədə manatın devalvasiya etməsinə gətirib çıxardacaq.

Mərkəzi Bank valyutanın tənzimlənməsinin yeni mexanizmini tətbiq edir. Bu üzən məzənnə rejimi deyil, tənzimlənən məzənnə rejimidir. İndiki halda burada tələb və təklif rol oynamağa başlayıb. Tələb və təklifi biz manatın məzənnəsində hiss edə bilirik.

Proqnozlarıma görə, ilin sonuna kimi orta ssenaridə 1 dollar = 1 manat 80 qəpik səviyyəsində, yaxşı ssenaridə isə 1 dollar = 1 manat 75 qəpik səviyyəsində, pis ssenaridə isə manatın məzzənəsi 1 dollar = 1 manat 90 qəpik və 2 manat ola bilər. Bu baxımdan bir neçə ssenaridə manat öz məzənnəsini itirə bilər. Bu ssenarilərdən hansınınsa reallaşması Mərkəzi Bankın müdaxiləsindən, fəaliyyətindən, tənzimləmə vasitələrindən asılıdır”.

Manatın dəyərdən düşməsindən çıxış yoluna gəldikdə isə iqtisadçı ekspert bildirdi ki, Mərkəzi Bankın edə biləcəyi çox şey yoxdur:

“Manatın məzənnəsinin sabitləşməsi ölkədəki iqtisadiyyatın durumundan asılıdır. Hazırda Azərbaycan iqtisadiyyatı tənəzzüldədir. Manatın məzənnəsinin aşağı düşməsinin qarışısını almaq üçün iqtisadi tənəzzülün qarşısını almaq lazımdır. Çalışmaq lazımdır ki, ölkədən xaricə daha az valyuta getsin. Çalışmaq lazımdır ki, idxal aşağı düşsün, idxalı əvəz edən yerli istehsal formalaşsın”.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın