Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / “Qoca”yla Ağamini qaçıran qadında xəstəlik tapıldı – Dispanserə yerləşdirildi

“Qoca”yla Ağamini qaçıran qadında xəstəlik tapıldı – Dispanserə yerləşdirildi

Xüsusi təyinatlı vaqondan qaçan məhbuslara kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyevada vərəm xəstəliyi aşkarlanıb.
Azinforum.az-ın APA-ya istinadən xəbərinə görə, G. Atakişiyeva Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib. Onun müayinəsi davam etdirilir.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …