Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / “Qoca”nın qaçmasına görə həbs edilən polkovnikin həbs müddəti uzadıldı

“Qoca”nın qaçmasına görə həbs edilən polkovnikin həbs müddəti uzadıldı

Ədliyyə polkovniki hakim qarşısına çıxarılıb. O, məhbusların qaçmasına görə həbs edilib.

Musavat.com xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində olan həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Nəsimi rayon Məhkəməsində prokurorluq orqanı tərəfindən verilən təqdimata baxılıb. Hakimin qərarına əsasən təqdimat təmin edilib. Bəhruz Abdullayevin həbs müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi ilə cinayət işi qaldırılıb.

Ötən il, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Ə.Ağami bir neçə gün sonra saxlanılıb. E.Məmmədov isə müqavimət göstərən zaman öldürülüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …