Cümə axşamı , May 26 2022
Ana səhifə / Kriminal / “Qoca”nın cinayət ortağı ilə bağlı qərar verildi

“Qoca”nın cinayət ortağı ilə bağlı qərar verildi

Şirvan Apellyasiya Məhkəməsində kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun şikayətinə baxılıb.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Belarusdan Azərbaycana ekstradisiya edilən Kakavan Kavus Zəfər oğlu 2015-ci ildə Şirvanda 2 nəfərin qətlə yetirildiyi kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak edib. Hadisə vaxtı Nacıyev Elvin Zamanəli (Kriti Elvin) və Sarıbalaev Zaur Vəfadar oğlu qətlə yetirilib.

Hadisəni törətməkdə təqsirli bilinənlər – kriminal aləmin üzvləri Əli Ağami, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov saxlanılıb, Kakavan Kavus Zəfər oğlu isə istintaqdan qaçaraq gizlənib.

İstintaqın davamında isə hadisənin təşkilatçısı Etibar Məmmədov (“Qoca”) tutularaq istintaqa təhvil verilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan zaman Etibar Məmmədov və Əli Ağami Lənkərandan Bakıya etap edilərkən xüsusi təyinatlı qatardan qaçıblar. Hadisədən bir müddət sonra Əli Ağami özü təslim olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Etibar Məmmədovun (“Qoca”) tutulması ilə bağlı əməliyyat keçirən zaman polis əməkdaşlarına atəş açıb və əməliyyat nəticəsində o, öldürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ötən il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə istintaqdan qaçaraq yayınan Kakavan Kavus Zəfər oğlu məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin CM-in 120.2.1 və 228.2.1-ci maddələri 18 il azadlıqdan məhrum edilib. APA

Həmçinin oxuyun

“Baş müstəntiqlə ikilikdə olan zaman xahiş etdim ki…” – İlkin Süleymanov

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən …