Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Kriminal / Qoca Səmədov Mərkəzi Gömrük Hospitalına köçürülüb

Qoca Səmədov Mərkəzi Gömrük Hospitalına köçürülüb

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Bir müddətdir Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq icra başçısı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: “Qoca Səmədovun vəziyyəti yenidən kəskin şəkildə pisləşdiyindən həkim müayinəsindən keçirilib və müalicəsinin davamı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Müvəkkilim həkimlərin tövsiyəsi ilə son bir il ərzində 3 dəfə ürək əməliyyatı keçirib”.

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.

Həmçinin oxuyun

Rəisin gündəlik qazancı 361 643 manat olub – İDDİA

“Büdcəyə gündə 86 041 manat daxil olduğu halda yalnız 1 gömrük məmurunun gündəlik oğurluğu 361 …