Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Qoca” öldürüldü… – Baş Prokurorluqdan açıqlama

“Qoca” öldürüldü… – Baş Prokurorluqdan açıqlama

Bu gecə baş verən atışma zamanı “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov öldürülüb.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Etibar Məmmədovun saxlanılması üçün keçirilən əməliyyatla bağlı gün ərzində rəsmi məlumat yayılacaq.

Qeyd edək ki, gecə saatlarında hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində avtoritetin həbs olunması üçün əməliyyat keçirilib. Bu zaman tərəflər arasında atışma baş verib.

 

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …